Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
539
21.07.2025, 14:15
Aİ nümayəndələri ABŞ-la ticarət danışıqlarında uğursuzluq və avqustun 1-dən etibarən ABŞ-ın Avropa ixracatına 30%-lik rüsumların qüvvəyə minməsi halında əks tədbirləri işləyib hazırlamaq üçün bu həftə görüşməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onların fikrincə, prezident Donald Trampın sərt mövqe tutması fonunda Aİ və ABŞ arasında danışıqların müsbət nəticə vermə ehtimalı azalır.
Agentlik qeyd edir ki, Aİ-nin hazırlaması gözlənilən əks tədbirlər “transatlantik ticarətdə daha da dərin çatlara” gətirib çıxara bilər.
Bloomberg qeyd edir ki, Aİ ölkələrinin əksəriyyəti hələ də avqustun 1-nə qədər son tarixdən əvvəl çıxılmaz vəziyyətdən çıxmaq ümidi ilə Vaşinqtonla dialoqun davam etdirilməsinə tərəfdardırlar.
Bununla belə, razılıq əldə olunsa belə, Trampın sazişi imzalamağa hazır olub-olmadığı qaranlıq olaraq qalır.
Bundan əvvəl ABŞ prezidenti avqustun 1-dən polad, alüminium və avtomobillərə tətbiq edilən mövcud tariflərə əlavə olaraq, bütün Avropa ixracatına 30%-lik rüsumların tətbiq ediləcəyini açıqlamışdı.
Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula von der Leyen bu cür tədbirlərin transatlantik tədarük zəncirlərini sarsıdacağını xəbərdar etdi və son tarixdən əvvəl güzəştə getməyə çağırdı.
Ticarət Siyasəti Komissarı Maroš Şefçoviç təsdiqlədi ki, Aİ tarifləri ləğv etməyə çalışır, lakin artıq güzgü tədbirləri hazırlayıb – xüsusən, cavab rüsumlarına məruz qala biləcək ildə 72 milyard avro dəyərində ABŞ mallarının siyahısını.
Nigar
18:55 / 17 Noyabr 2026
13
18:50 / 17 Noyabr 2026
21
18:40 / 17 Noyabr 2026
100
18:38 / 17 Noyabr 2026
41
18:28 / 17 Noyabr 2026
63
18:21 / 17 Noyabr 2026
73
17:59 / 17 Noyabr 2026
86
17:49 / 17 Noyabr 2026
82
16:51 / 17 Noyabr 2026
108
16:34 / 17 Noyabr 2026
113
16:29 / 17 Noyabr 2026
109
16:21 / 17 Noyabr 2026
129
16:12 / 17 Noyabr 2026
108
15:57 / 17 Noyabr 2026
128
15:43 / 17 Noyabr 2026
147
15:12 / 17 Noyabr 2026
140
15:07 / 17 Noyabr 2026
141
14:52 / 17 Noyabr 2026
183
14:35 / 17 Noyabr 2026
186
14:15 / 17 Noyabr 2026
139
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
163
13:45 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.