Qaynar xətt:

(+99450) 247 90 86

Belçika İsrailə hərbi tədarükünü dayandırıb

DÜNYA

734

17.07.2025, 17:10

“The Guardian” yerli mətbuata istinadən xəbər verir ki, Belçika məhkəməsi Flamand hökumətinə hərbi malların İsrailə tranzitini dayandırmağı əmr edib.

Brüssel məhkəməsinin fikrincə, məhdudiyyətlər hərbi məqsədlər üçün istifadə oluna bilən məhsullara, o cümlədən mülki istifadəyə zəmanət verilməyən müdafiə komponentlərinə şamil edilir.

Xüsusilə, bu, Antverpen limanında blokada olan İsrailin Ashot şirkəti üçün konik podşipnikləri olan konteynerə aiddir. Bu şirkət Qəzza zolağında fəal şəkildə istifadə olunan Merkava tankları və Namer piyada döyüş maşınları üçün ötürücülər istehsal edir.

Belqa agentliyinin məlumatına görə, Amerikanın Timken şirkətinin podşipnikləri olan altlıqlar da saxlanılıb. Flamand qanunlarına görə, məhsullar İsrail silahlı qüvvələrinə birbaşa dəstək verə bilərsə, ixrac qadağandır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın hərbi və nüvə obyektlərinə hücumlara başlayıb. Qısa əməliyyat zamanı İsrail bir sıra yüksək rütbəli iranlı komandirləri, eləcə də nüvə alimlərini məhv edib.

Bu da öz növbəsində Tehranın cavab reaksiyasına səbəb olub və o, gündəlik ballistik atəşə başlayıb.

Bir qədər sonra, iyunun 22-də ABŞ qarşıdurmaya qoşuldu: Amerika İranın üç əsas nüvə obyektinə hücum etdi, bundan sonra prezident Donald Tramp Tehranın nüvə proqramının guya tamamilə məhv edildiyini bəyan etdi.

Nigar