Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanlı astronavt kosmosa gedəcək

DÜNYA

720

17.07.2025, 16:10

Hindistanın elm və texnologiya naziri Jitendra Sinq bildirib ki, növbəti dəfə hindistanlı astronavt kosmosa gedəcək.

Oxu24.com  xəbər  verir    ki, bu barədə TASS məlumat yayıb.

Hindistan rəsmisi Amerikanın özəl Axiom Mission 4 (Ax-4) missiyası çərçivəsində hindistanlı Şubhanşu Şuklanın kosmosa son uçuşunu şərh edib.

"Növbəti missiya tamamilə Hindistanda sıfırdan hazırlanacaq. Hindistanlı astronavtlar ilk dəfə Hindistan kosmik gəmisi ilə kosmosa çıxacaqlar", - nazir deyib.

Onun sözlərinə görə, göyərtəsində astronavt olan Qaqanyaan uçuşu 2027-ci ildə baş tuta bilər ki, bu da Hindistana müstəqil olaraq insanı kosmosa göndərməyə qadir olan ölkələrin elit liqasına daxil olmağa imkan verəcək.

Rəsmi qeyd edib ki, Hindistanın pilotlu kosmosa uçuşunda növbəti addımı 2035-ci ildə peyda ola biləcək Yerə yaxın stansiyanın yaradılması olacaq.

2024-cü ilin sentyabrında SpaceNews xəbər verdi ki, Hindistan hökuməti yerli çoxmodullu Yerə yaxın orbital stansiyanın Bharatiya Antarikşa Stansiyasının (BAS) yaradılması üzrə işlərin başlanmasını təsdiqləyib.

Nigar