Qaynar xətt:

(+99450) 247 90 86

Suriya hökumət qüvvələri ölkənin cənubunu tərk edir

DÜNYA

744

17.07.2025, 15:31

Suriya hökumət qüvvələri druz qrupları ilə toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətini tərk edib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə “İnterfaks”məlumat yayıb.

Bu, bir gün əvvəl əldə edilmiş hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa əsasən baş verib.

Razılaşmaya əsasən, atəşkəsdən sonra hökumət qüvvələri əyaləti tərk etməli, asayişin qorunmasına nəzarət isə dövlət rəsmiləri və druzların ruhani liderlərindən ibarət komitəyə veriləcək.

İyulun 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Dəməşqin mərkəzinə hücum edərək, Suriya hakimiyyəti ölkənin cənubundakı druz icmasına hücumlarını dayandırmasa, “ağrılı zərbələr” vuracağı ilə bağlı hədə-qorxu gəlib. İsrail də quru əməliyyatı hazırlayır və son bir neçə aydır Suriya Respublikası hökuməti ilə münaqişədə olan druzları müdafiə edəcəyinə söz verir. 

Bundan əvvəl Suriya rəhbəri müharibəyə hazır olduğunu bəyan edib.

Nigar