Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İqtisadiyyatının İnflyasiya Şoku ilə üzləşəcəyi proqnozlaşdırılır

DÜNYA

728

17.07.2025, 15:20

ABŞ prezidenti Donald Tramp beynəlxalq investorları Rusiyanın ticarət tərəfdaşlarına faktiki olaraq 100 faizlik tariflər tətbiq edəcəyinə inandıra bilməyib.

Oxu24.com   xəbər  verir ki,bu barədə “Prime” agentliyi “Economist”ə istinadən məlumat yayıb.

Britaniya nəşrinin yazdığı kimi, Ağ Ev rəhbərinin dediyi tariflər Rusiyanı enerji resurslarını ixrac etmək imkanından məhrum edərsə, bu, neftin qiymətində kəskin sıçrayışla nəticələnəcək.

Nəticədə ABŞ inflyasiya şoku yaşayacaq, Vaşinqton bunun qarşısını almaq istəyir.

Nəşrin müəllifləri Trampın artıq Pekinlə genişmiqyaslı ticarət müharibəsindən imtina etdiyinə və Yeni Dehli ilə razılığa gəlməyə çalışdığına da diqqət çəkiblər. Bu arada həm Çin, həm də Hindistan Rusiya karbohidrogenlərinin ən böyük alıcılarıdır.

Bundan əvvəl, iyulun 14-də Tramp 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Nigar