Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Ukraynanın ABŞ-dakı səfiri postuna namizədinin adını açıqlayıb

DÜNYA

740

17.07.2025, 14:41

Ukrayna lideri Vladimir Zelenski ədliyyə naziri Olha Stefanişina-nın namizədliyini Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə irəli sürüb.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Ukrayna prezidentinin Telegram-kanalında məlumat verilib.

"Bu statusda Olha Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyinin Vaşinqtonla əlaqələndirilməsi üçün bütün müvafiq prosedurların davam etdiyi bir vaxtda Amerika ilə münasibətlərdə təcil saxlamağa çalışacaq", - məlumatda deyilir.

Bundan əvvəl RBC-Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Stefanişina Ukraynanın ABŞ-dakı səfiri postuna ən çox ehtimal olunan namizəddir. Bu posta əsas namizəd adlandırılan müdafiə naziri Rustem Umerov diqqətini digər vəzifələrə yönəldəcək.

Mənbələr bildiriblər ki, bu, danışıqlar aparan şəxsin roluna aiddir, çünki o, Rusiya ilə İstanbul formatı çərçivəsində danışıqlar qrupunun rəhbəridir.

Yermak daha əvvəl Ukraynada münaqişənin dayandırılması üçün şərtin adını çəkmişdi.

Nigar