Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hansı planı var?

DÜNYA

738

17.07.2025, 14:29

Bu yaxınlarda Ermənistanın ətraf mühitin mühafizəsi naziri vəzifəsindən azad edilən Hakob Simidyan Amerikanın iştirakı ilə şirkəti qeydiyyatdan keçirir.

Oxu24.com   xəbər  verir   ki, erməni KİV-lərinin məlumatına görə, bu şirkətə Zəngəzur dəhlizinin idarəçiliyi verilə bilər.

2025-ci il iyulun 4-də ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında danışıqlara kömək etmək üçün Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə verməyə hazırdır. Təklifdə dəhlizin özəl Amerika şirkəti tərəfindən idarə olunması nəzərdə tutulur.Bu  təşəbbüs Türkiyədən gəlib.

2025-ci il iyulun 14-də ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ermənistanla Azərbaycan arasında münaqişənin uğurla başa çatmaq üzrə olduğunu bildirib.

Analitiklər qeyd edirlər ki, ABŞ-ın təklifi Rusiyanı dəhliz üzərində nəzarətdən kənarlaşdıran yeni regional oxun formalaşdırılmasına yönəlib və bu, Rusiya və İran arasında quruda qarşılıqlı əlaqəni məhdudlaşdıra bilər.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, Ermənistan yol infrastrukturuna investisiya cəlb edəcək və müəyyən funksiyaları yerinə yetirəcək şirkətin yaradılmasını müzakirə edir. Onun sözlərinə görə, Ermənistanda, məsələn, Zvartnots hava limanının və ya Cənubi Qafqaz Dəmiryolunun rəhbərliyinin autsorsing halları var və bu, ölkənin suverenliyini pozmur.

Miri