Qaynar xətt:

(+99450) 247 90 86

70 yaşlı rejissor vəfat etdi 

DÜNYA

739

17.07.2025, 13:53

Rusiyalı  kinorejissor Yuri Kara 70 yaşında Yaltada ürək tutmasından vəfat edib.

Oxu24.com  xəbər   verir   ki, bu barədə mk.ru məlumat yayıb.

Rusiya Federasiyasının əməkdar artisti Yuri Kara 1954-cü il noyabrın 12-də Donetskdə anadan olub.

Onun rejissor kimi ilk filmi Boris Vasilievin hekayəsi əsasında çəkilmiş “Sabah müharibə idi” filmi olub.

Karyerası ərzində Kara rus kinosu üçün "Hamlet. XXI əsr", "Ustad və Marqarita", "Korolev", "Belşazarın ziyafəti və ya Stalinlə gecə" və "Qanun oğruları" kimi bir neçə  filmə rejissorluq edib.

Nigar