Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Baydenlə Tramp arasındakı əsas fərqi açıqlayıb

DÜNYA

822

16.07.2025, 16:15

Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın keçmiş prezidentinin Moskva ilə Kiyev arasındakı münaqişəni dayandıra bilməyəcəyini, lakin indiki dövlət başçısı Donald Trampın bunu bacaracağını deyib.

Oxu24.com   xəbər  verir    ki,  bu  barədə    Newsmax   məlumat  yayıb.

Zelenski heç kimi tənqid etmək istəmədiyini vurğulayıb və dəstəyinə görə Vaşinqtona təşəkkür edib. 

"Lakin prezident Bayden bu müharibəni bitirə bilmədi. Əminəm ki, prezident Tramp bunu bacaracaq. Düşünürəm ki, əsas fərq bu olacaq", - Zelenski deyib.

Eyni müsahibəsində Vladimir Zelenski ABŞ-ın hazırkı prezidenti Donald Trampın Kiyevə sələfi Co Baydenin etdiyi qədər yardım etməməsindən şikayətlənib. O, Donald Trampla söhbətlərində bu məsələni qaldırdığını etiraf edib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Co Bayden demişdi ki, səlahiyyət müddəti ərzində Ukraynaya müstəqilliyini təmin etmək üçün lazım olan hər şeyi verib. O, yeni dünya müharibəsi ehtimalından yayınmağa çalışdığını və buna nail olduğunu bildirib.

Daha əvvəl Rusiyanın keçmiş baş naziri Putin və Trampın ümumi xüsusiyyətlərini qeyd edib.

Nigar