Qaynar xətt:

(+99450) 247 90 86

Avropa İttifaqı Rusiya qazı və LNG alışını artırıb

DÜNYA

840

16.07.2025, 14:03

Avropa İttifaqı yanvardan may ayına qədər Rusiya boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz (LNG) alışını 15% artırıb.

Oxu24.com   xəbər  verir   ki, bu barədə TASS Eurostat məlumatlarına istinadən məlumat yayıb.

“May ayında Aİ 408 milyon avroya Rusiya boru kəməri qazını, 703 milyon avroya isə mayeləşdirilmiş təbii qaz (LNG) alıb”, - hesabatda deyilir.

Agentliyin məlumatına görə, təhlil edilən dövr ərzində ümumi alışlar təxminən 6,5 milyon avroya çatıb. Statistikaya görə, əsas idxalçılar Fransa (245 milyon avro), İspaniya (168 milyon avro) və Belçika (147 milyon avro) olub.

Bundan əlavə, Hollandiya Rusiyadan LNG alışını 109 milyon avroya qədər artırıb.

Daha əvvəl Avropa komissarı Dan Yorgensen bildirmişdi ki, Avropa İttifaqı 2024-cü ildə Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib. Onun sözlərinə görə, AK 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır.

Yorgensen əlavə edib ki, “yeni asılılığa düşməmək” üçün alternativ bərpa olunan və nüvə enerjisi inkişaf etdirilməlidir.

Bundan əvvəl Rusiyanın neft və qaz gəlirlərinin azaldığı bildirilirdi.

Miri