Qaynar xətt:

(+99450) 247 90 86

Cənubi Qəzza parça-parça: İsrail daha bir dəhliz yaradır

DÜNYA

839

16.07.2025, 11:52

Oxu24.com   İsrail KİV-lərinə istinadən  xəbər verir ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisdə Magen Oz dəhlizinin yaradılması əməliyyatını başa çatdıraraq, şəhəri qərb və şərq hissələrə ayırıb.

Hərbçilərin fikrincə, bu, HƏMAS-a təzyiq göstərmək və onun Xan Yunis briqadasını məğlub etmək üçün mühüm addım idi.

Dəhlizin uzunluğu təxminən 15 kilometrdir. Qolani və Barak briqadalarının döyüşçüləri bir-birinə doğru irəliləyərək əməliyyatda iştirak ediblər. Bir neçə həftə ərzində onlarla yaraqlı, yeraltı tunellər və silah anbarları məhv edilib.

İndi Qəzzanın cənubu üç hissəyə bölünüb: əvvəllər yaradılmış Moraq dəhlizi Rəfahı Xan Yunisdən ayırır, yeni dəhliz isə Xan Yunisin özünü iki yerə ayırır. Bu, İsrail ordusunun fikrincə, ona yaraqlılarla daha effektiv mübarizə aparmağa və humanitar zonaları təmin etməyə imkan verir.

Nigar