Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Almaniya kanslerinə  Ukrayna üçün ABŞ-dan Patriot almağı təklif edib

DÜNYA

855

16.07.2025, 11:40

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzə Ukrayna üçün iki əvəzinə beş Patriot sistemi almağı təklif edib.

Oxu24.com    xəbər  verir   ki,  bu barədə mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.

İyulun 11-də Trampla Merz arasında telefon danışığı olub.Nəşrin məlumatına görə, Almaniya kansleri Ukrayna üçün beş Patriot sistemi almağa razılaşıb, lakin o, bu məsələni digər Avropa liderləri ilə müzakirə etməlidir.

İyulun 14-də Tramp Ukraynaya yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri vəd edib.

O vurğulayıb ki, onlar Ukraynanı qorumaq üçün lazımdır, çünki Rusiya prezidenti Vladimir Putin “gözəl danışır, amma sonra axşam hamını bombalayır”.

Ağ Ev rəhbəri Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəyəcək.

Bundan əvvəl “Politico” yazıb ki, Trampın Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı yeni plan haqqında sözləri ABŞ-ın müttəfiqlərini xeyli çaşdırıb. Onlar hələ başa düşə bilmirlər ki, bu istəklərin planlaşdırılması hansı mərhələdədir və Trampın planının həyata keçirilməsində konkret olaraq necə iştirak edəcəklər.

Qeyd edək ki, daha əvvəl Trampın Ukraynaya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin mənbəyi kimi Rusiyaya dost bir ölkənin adı çəkilmişdi.

Nigar