Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda Metsamor Atom Elektrik Stansiyası fəaliyyətini bərpa edib

DÜNYA

1033

14.07.2025, 12:32

Metsamor Atom Elektrik Stansiyası təmirdən sonra yenidən Ermənistanın enerji şəbəkəsinə qoşulub.

Oxu24.com  bu  barədə    Ermənistan KİV-lərinə  istinadən   xəbər verir.

Zavod texniki xidmət üçün dayandırılıb və vaxtından bir gün əvvəl işə salınıb - bir gün əvvəl şəbəkəyə qoşulub.

1970-ci ildə seysmik aktiv zonada tikilmiş Metsamor Atom Elektrik Stansiyası uzun illərdir ki, beynəlxalq təşkilatların narahatçılığına səbəb olub. Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, obyekt texniki cəhətdən bərbad vəziyyətdədir və Cənubi Qafqaz üçün potensial təhlükə yaradır.

Lakin Ermənistan hakimiyyəti stansiyanı istismar etməkdə davam edir və bunu ölkənin enerji müstəqilliyi üçün strateji zərurətlə izah edir.

Miri