Qaynar xətt:

(+99450) 247 90 86

Trampın “aqressiv” Ukrayna planı: “Uzaq mənzilli raketlərin alınması da gündəmdədir”  

DÜNYA

1005

14.07.2025, 11:18

ABŞ prezidenti Donald Tramp 3 ildən artıqdır Rusiya ilə müharibədə olan Ukraynaya Patriot hava hücumundan müdafiə raketləri göndərəcəklərini açıqlayıb.

Oxu24.com  xəbər  verir    ki, Tramp bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin “yaxşı danışır, lakin gecə düşəndə hamını bombalayır”.

Trampın  sözlərinə   görə  bu səbəbdən  Ukraynanı müdafiə etmək üçün lazımdır.

Ukraynaya nə qədər “Patriot” raketi göndəriləcəyini dəqiqləşdirməyən ABŞ prezidenti raketlərə görə Avropa İttifaqının (AB) ABŞ-a təzminat ödəyəcəyini bildirib.

Vaşinqtondakı Endryus Birgə Bazasının qarşısında jurnalistlərə danışan Tramp, "Biz onlara çox ehtiyac duyduqları Patriotları göndərəcəyik, çünki Putin həqiqətən çox insanı təəccübləndirir. O, gözəl danışır, amma axşama doğru hamını bombalayır. Amma burada bir problem var. Bu, xoşuma gəlmir" deyib.

Ukraynaya müxtəlif yüksək səviyyəli hərbi texnika göndərəcəklərini bildirən ABŞ prezidenti, "bunun üçün bizə 100% ödəyəcəklər və biz də belə olmasını istəyirik",deyə qeyd edib.

ABŞ mətbuatında çıxan xəbərlər də iddia edirdi ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi, iyulun 14-də Ukraynanı hücum silahları da daxil olmaqla “silahlandırmaq üçün yeni plan”ı açıqlayacaq.

Planlarla tanış olan iki mənbə Axios xəbər saytına bildirib ki, onların plana paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən uzun mənzilli raketlərin daxil ola biləcəyinə inanmaq üçün əsasları var. Mənbələr əlavə edib ki, onların yekun qərardan xəbərləri yoxdur.

Respublikaçı senator Lindsey Graham da Axios-a açıqlamasında Trampın Putinə çox qəzəbli olduğunu, "Sabah (14 iyul) verəcəyi açıqlama çox aqressiv olacaq", deyə qeyd edib.

Məlumata görə, bu yeni təşəbbüs Trampla NATO-nun baş katibi Mark Rutte arasında görüş zamanı müzakirə olunacaq və Ukraynaya ABŞ istehsalı olan silahların göndərilməsi xərclərini qarşılayan Avropa ölkələrini əhatə edəcək.

Axios-un fikrincə, Trampın Ukrayna və silah yardımı ilə bağlı fikirlərini dəyişməsinə təsir edən digər amil iyulun 3-də Putinlə telefon danışığı olub.Bu zəngdə Putin müharibəni qızışdıracağına işarə edib.

Məsələ ilə yaxından tanış olan mənbənin sözlərinə görə, Tramp qısa müddət sonra Fransa prezidenti Emmanuel Makronla telefon danışığında “(Putin) bütün (Ukraynanı) almaq istəyir” deyib.

Miri