Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya siyahı yaydı: 5 ölkə ön sırada – Azərbaycan da var 

DÜNYA

2228

14.07.2025, 11:15

2025-ci ilin ilk dörd ayının nəticələrinə görə, Rusiya şokoladının əsas alıcısı Qazaxıstan olub.

Oxu24.com  xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Hesabat dövründə Qazaxıstan bu növ məhsulu Rusiyadan ümumilikdə 78,3 milyon dollara alıb. Rusiyadan şokolad idxal edən əsas 5 ölkə sırasında, həmçinin 23,4 milyon dollarla Azərbaycan, Özbəkistan (21,4 milyon), Qırğızıstan (14,7 milyon) və Gürcüstan (8 milyon) yer alıb”, – deyə bildirilib.

Məlumata görə, ilk 10-luğa Ermənistan (5,7 milyon), Serbiya (3 milyon), Moldova (2,4 milyon) və Almaniya (2,1 milyon) da daxil olub.

Eyni zamanda, Çin 2025-ci ilin yazının sonlarına doğru Rusiya şokoladının idxalını aktiv şəkildə artırmağa başlayıb.(bizimmedia)