Qaynar xətt:

(+99450) 247 90 86

Belarus Rusiya pilotsuz təyyarəsini vurub

DÜNYA

992

14.07.2025, 11:04

Rusiya mətbuatı xəbər verir ki, şənbə günü, iyulun 12-də Belarus hava hücumundan müdafiə qüvvələri Ukraynaya uçan Rusiyaya məxsus hücum pilotsuz təyyarəsini məhv edib.

Oxu24.com  xəbər  verir   ki, gerber tipli hücum pilotsuz təyyarəsi Belarusun hava məkanına nəzarət tapşırığını yerinə yetirən Mi-24 helikopteri tərəfindən aşkar edilib.

Ukrayna kəşfiyyatındakı mənbələrə görə, o zaman Belarusun hava məkanında ən azı üç rus pilotsuz təyyarəsi olub.

Belarus ordusunun vertolyotu hava məkanına nəzarət tapşırığını yerinə yetirərkən, hücum pilotsuz təyyarəsinin aşkar edilərək məhv edildiyi barədə məlumat verib.

Bildirilir ki, vurulan PUA-nın qalıqları Qomel vilayəti ərazisinə düşüb.

Nigar