Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblilərə dron uçurmağı öyrədəcəklər 

DÜNYA

1210

12.07.2025, 20:49

Ukrayna məktəblilərinə dron uçurmağı öyrədəcəklər.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məktəblərdə tədris olunan "Ukraynanın müdafiəsi" fənni üçün nəzərdə tutulan avadanlıq və tədris vasitələrinin siyahısı yenilənib. Siyahıya FPV tipli dronlar, onların idarəetmə simulyatorları, həmçinin taktiki avadanlıqlar daxil edilib.

Bundan başqa, planşetlər, multimedia qurğuları, təlim aparatları, rabitə vasitələri və qoruyucu vasitələr də tədris üçün istifadə ediləcək. Qeyd olunur ki, bu texnologiyaların əksəriyyəti əvvəllər yalnız hərbçilərin və xilasedicilərin ixtiyarında olub.