Qaynar xətt:

(+99450) 247 90 86

Volkswagen Çindəki zavodunu bağlayacaq

DÜNYA

979

11.07.2025, 19:02

Alman avtomobil istehsalçısı ilk dəfə Çindəki zavodunu bağlayacaq.

Volkswagen və Çinin dövlət avtomobil istehsalçısı SAIC Motor Nankinqdəki zavodlarını bağlayır.

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Almaniyanın Handelsblatt qəzeti yazır.

Nəşrin mənbələrinin bildirdiyinə görə, artıq istehsal dayandırılıb və ilin sonuna qədər yer tamamilə boşalacaq.

Zavod 2008-ci ildə açılıb. Onun gücü ildə 360 000 avtomobil istehsal etmək üçün nəzərdə tutulub. Müəssisə son vaxtlar kifayət qədər istifadə edilmir, Passat və Skoda Superb modellərinin kiçik partiyalarını istehsal edir.

"Biz təsdiq edə bilərik ki, Nankin zavodu istehsalı dayandırıb, SAIC Volkswagen-in bir çox saytları hazırda modernləşdirilir və ya artıq elektrik avtomobillərinin istehsalı üçün yenidən təchiz olunub", - Volkswagen nümayəndəsi bildirib.

Uzun müddət Çində ən çox satılan avtomobil istehsalçısı olan Volkswagen indi xüsusilə elektrikli avtomobillər baxımından rəqabətə tab gətirə bilmir. Alman şirkəti yeni modelləri bazara çıxarmaq və satışları artırmaq üçün Çinin SAIC və Xpeng brendləri ilə əməkdaşlıq edib. Volkswagen-in Çində satışları keçən il 10%-dən çox azalıb.

Miri