Qaynar xətt:

(+99450) 247 90 86

İsrail batalyonlarını İordan çayının qərb sahilinə köçürür

DÜNYA

1036

11.07.2025, 19:00

İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilinə əlavə iki batalyon köçürmək qərarına gəlib.

Oxu24.com  xəbər  verir   ki, açıqlamada, qərarın İordan çayının qərb sahilinə cavabdeh olan Mərkəzi Komandanlıq sektorunun gücləndirilməsi üçün "təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinə uyğun olaraq" verildiyi bildirilib.

Mətbuat Xidmətindən bildirilib ki, “müharibə zamanı vəziyyət mütəmadi olaraq yenidən qiymətləndirilir” və bundan asılı olaraq müxtəlif ərazilərdə əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün lazımi qüvvə tərkibi müəyyən edilir.

İDF İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həm müdafiə, həm də hücum hərəkətlərini davam etdirəcək.

Nigar