Qaynar xətt:

(+99450) 247 90 86

Braziliya ABŞ ilə baş-başa gəlir 

DÜNYA

1012

11.07.2025, 10:51

Braziliya Amerika tariflərinə cavab verməyə hazırlaşır.

Oxu24.com   xəbər  verir    ki, Vaşinqtonun 50 faizlik tarif tətbiq etmək hədəsindən xəbər tutan Cənubi Amerikanın ən böyük şəhərinin və biznes paytaxtının sakinləri etiraz aksiyasına çıxıblar.

San-Pauluda etirazçılar dövlət bayraqlarını açaraq, artıq ABŞ-a simmetrik ticarət tədbirləri ilə cavab verəcəyini vəd edən prezident Lula da Silvanı dəstəkləyiblər.

“Politico” yazır ki, Tramp Rio-de-Janeyroda keçirilən BRİKS sammitindən çox əsəbiləşib və Braziliyanın ABŞ-a ixracatını çökdürə biləcək rüsum tətbiq etmək qərarına gəlib. Lakin prezident da Silva hətta genişmiqyaslı ticarət müharibəsindən belə qorxmur.

Miri