Qaynar xətt:

(+99450) 247 90 86

Avropa İttifaqı İsraili hədələyir

DÜNYA

963

11.07.2025, 10:10

“Politico” Avropa Xarici Fəaliyyət Xidmətinin sənəd layihəsinə istinadən xəbər verir ki, Avropa İttifaqı Qəzzadakı vəziyyətə görə İsraillə assosiasiya sazişini dayandırmağı düşünür.

Oxu24.com   xəbər  verir    ki,  müzakirə olunan tədbirlər arasında Aİ ilə İsrail arasında siyasi və ticarət-iqtisadi əməkdaşlığı tənzimləyən sazişin tam ləğvi də var.

Seçimlərdən biri Baş nazir Benyamin Netanyahunun kabineti ilə siyasi dialoqa son qoymaqdır.

Bunun üçün bütün 27 üzv dövlətin yekdil dəstəyi lazımdır.

Politico qismən dayandırılmasını, məsələn, İsrail malları üçün ticarət üstünlüklərinin ləğvini daha çox ehtimal edir. Belə bir qərar Aİ Şurasında ixtisaslı səs çoxluğu ilə qəbul edilə bilər.

İsrailin Avropa proqramlarında iştirakına məhdudiyyətlər də nəzərdən keçirilir, xüsusən, Erasmus və texniki əməkdaşlıq.

Məsələnin iyulun 15-də Aİ xarici işlər nazirlərinin görüşündə müzakirəsi planlaşdırılır.Həmin gün İsrail Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasına dair hesabat təqdim etməlidir.

Nigar