Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək

DÜNYA

954

11.07.2025, 07:29

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək.

Oxu24.com  xəbər verir ki, o bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib. 

Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat verməyib.

“Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.