Qaynar xətt:

(+99450) 247 90 86

Tokayev Trampa  cavab verib

DÜNYA

973

10.07.2025, 10:50

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampa Vaşinqtonun avqustun 1-dən respublikadan gələn mallara 25%-lik gömrük rüsumunun tətbiqi ilə bağlı bəyanatı ilə bağlı cavab məktubu göndərib.

Oxu24.com   xəbər  verir    ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Tokayev Trampla dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə ediləcəyinə əmin olduğunu bildirib.

“Qazaxıstan Prezidenti ticarət məsələlərinin rasional həllini inkişaf etdirmək üçün ölkəmizin konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

İyulun 7-də Tramp Tokayevə məktub yazaraq, ABŞ-ın avqustun 1-dən Qazaxıstandan gələn mallara 25% gömrük rüsumunun tətbiq edilməsinə qərar verdiyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, Ağ Ev rəhbəri əlavə edib ki, Astana cavab rüsumları tətbiq edərsə, Vaşinqton Qazaxıstana münasibətdə tarif dərəcəsini artıracaq.

Nigar