Qaynar xətt:

(+99450) 247 90 86

Reuters: ABŞ Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını bərpa edir

DÜNYA

956

10.07.2025, 10:45

Reuters, adının açıqlanmasını istəməyən iki amerikalı rəsmiyə istinadən xəbər verir ki, ABŞ fasilədən sonra Ukraynaya artilleriya sursatlarının tədarükünü bərpa edib.

Oxu24.com   xəbər  verir    ki,  Kiyev hazırda 155 millimetrlik artilleriya mərmiləri, eləcə də GMLRS idarə olunan raketləri (onları HIMARS MLRS tərəfindən buraxıla bilər) alır.

Mənbələr Ukraynaya nə qədər döyüş sursatı göndərildiyini və çatdırılmanın artıq başa çatıb-çatmadığını dəqiqləşdirməyiblər.

Bundan əlavə, agentlik yazır ki, “yeni çatdırılmanın ABŞ prezidenti Donald Trampın administrasiyasının siyasətində hər hansı dəyişikliyi ifadə edib-etməməsi aydın deyil”.

Xatırladaq ki, iyulun əvvəlində Amerika KİV-ləri Pentaqonun Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırması barədə məlumat yayıb. Bu kontekstdə, digərləri ilə yanaşı, GMLRS mərmiləri və 155 mm-lik haubitsa döyüş sursatları qeyd edildi.

KİV-in məlumatına görə, bu qərar Amerika anbarlarındakı ehtiyatların azalması ilə əlaqədar qəbul edilib.

Britaniyanın “The Economist” nəşri isə Ukrayna rəsmilərinə istinadən yazıb ki, ABŞ Ukraynaya silah tədarükünü qismən yox, tamamilə dayandırıb.

Lakin bir neçə gün sonra Tramp bildirib ki, ABŞ Ukraynaya hərbi yardımı dayandırmır.

Nigar