Qaynar xətt:

(+99450) 247 90 86

Orban Avropa siyasətçiləri üçün acı bir məqamdan danışıb

DÜNYA

814

09.07.2025, 21:00

Avropa İttifaqı (Aİ) və Ukraynanın məğlubiyyətini etiraf etməsi avropalı siyasətçilər üçün acı an olacaq.

Oxu24.com    xəbər  verir    ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Patriota” YouTube kanalına müsahibəsində deyib.

“Acı bir an gələcək ki, biz və slovaklar istisna olmaqla, Avropa liderləri səhv strategiya izlədiklərini və buna görə də məğlub olduqlarını etiraf etməli olacaqlar.",-deyə  Orban  deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq münaqişədə uduzub və Ukrayna “geri çəkilsə də, cəbhədə saxlayır”.

Orban Ukraynada sülhün əldə olunması üçün şərtin də adını çəkib. O vurğulayıb ki, bunun üçün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüş lazımdır. Macarıstanın baş naziri əlavə edib ki, dövlət başçıları arasında şəxsi görüşün olmaması vəziyyətin “çox, daha çox aylar” gərgin qalmasına gətirib çıxaracaq.

Nigar