Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan BƏƏ-yə işgüzar səfərə gedir

DÜNYA

842

09.07.2025, 12:22

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.

"Oxu24.com" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.