Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
976
09.07.2025, 10:40
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüş zamanı onun fikrincə, İran üzərində “böyük qələbə”nin gətirdiyi nəticələri müzakirə ediblər.
Oxu24.com xəbər verir ki, O, bu barədə danışıqlardan sonra lentə alınan və ofisinin yaydığı videomüraciətdə bildirib.
İsrailin baş nazirinin sözlərinə görə, müzakirələrdə regionda sülhün möhkəmləndirilməsi və qondarma “İbrahim razılaşması”nın genişləndirilməsi üçün yeni imkanlar müzakirə edilib - bu təşəbbüs çərçivəsində bir sıra ərəb ölkələri əvvəllər ABŞ vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırıblar.
Netanyahu bu istiqamətdə işlərin aktiv fazada davam etdiyini vurğulayıb.
İyulun 5-də İsrail təhlükəsizlik kabineti Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini və danışıqlar üçün Dohaya ölkə nümayəndə heyətinin göndərilməsi məsələsini müzakirə etmək üçün toplaşıb. İsrail rəsmilərinin bildirdiyinə görə, Fələstinin radikal HƏMAS hərəkatı Qətər və ABŞ-ın təzyiqi səbəbindən tələblərini yumşaldıb.
İyulun 2-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb. Onun sözlərinə görə, Ağ Ev nümayəndələri bu məsələ ilə bağlı ölkə rəhbərliyi ilə “uzun və məhsuldar” görüş keçiriblər.
Bundan əvvəl İsrail HƏMAS ilə danışıqların beşinci raundunun necə başa çatdığını açıqlamışdı.
Miri
22:45 / 17 Noyabr 2026
31
22:22 / 17 Noyabr 2026
64
22:08 / 17 Noyabr 2026
86
21:51 / 17 Noyabr 2026
84
21:38 / 17 Noyabr 2026
84
21:20 / 17 Noyabr 2026
90
21:11 / 17 Noyabr 2026
99
20:45 / 17 Noyabr 2026
99
20:39 / 17 Noyabr 2026
116
20:23 / 17 Noyabr 2026
107
20:12 / 17 Noyabr 2026
121
19:59 / 17 Noyabr 2026
123
19:51 / 17 Noyabr 2026
124
19:40 / 17 Noyabr 2026
212
19:39 / 17 Noyabr 2026
114
19:28 / 17 Noyabr 2026
866
19:21 / 17 Noyabr 2026
120
19:14 / 17 Noyabr 2026
126
19:09 / 17 Noyabr 2026
125
19:06 / 17 Noyabr 2026
300
18:57 / 17 Noyabr 2026
136
18:55 / 17 Noyabr 2026
137
18:50 / 17 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.