Qaynar xətt:

(+99450) 247 90 86

USAID tərəfindən maliyyələşdirilən virus nümunələri Wuhana çatdırılacaq

DÜNYA

598

08.07.2025, 21:22

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 10 illik proqram çərçivəsində Çinin Uhan Virologiya İnstitutuna müxtəlif virusların 11 min nümunəsinin çatdırılmasını maliyyələşdirib.

Oxu24.com  xəbər  verir   ki, Daily Caller əvvəllər açıqlanmamış sənədlərə istinadənməlumat yayıb.

Nəşr qeyd edir ki, agentliyin nümunələrin bioloji silah yaratmaq üçün istifadə olunmamasını və Amerika hökuməti üçün əlçatan olmasını təmin etmək üçün dəqiq planı olmayıb.

Nəşr vurğulayır ki, USAID bütün dünyadan, o cümlədən “COVİD-in ən yaxın tanınan qohumlarından biri” virus nümunələrinin toplanması proqramında iştirak edib.

ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli məmurunun sözlərinə görə, qlobal səhiyyə sahəsində USAİD qrantlarının əvvəlki maliyyələşdirilməsi ilə bağlı araşdırmalar hələ də davam edir.

Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirmişdi ki, ABŞ-ın COVID-19 virusunun yaradılması və yayılmasında iştirak etməsi faktını gizlətmək getdikcə çətinləşir.

Miri