Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahu və Tramp növbəti görüş keçirəcək

DÜNYA

567

08.07.2025, 21:07

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp bu gün İsrail baş nazirinin Vaşinqtona səfəri çərçivəsində növbəti görüş keçirə bilər.

Oxu24.com   xəbər  verir    ki, İsrailin dövlət telekanalı Kan mənbələrə istinadən məlumat yayıb.

“Bu gün (ABŞ vaxtı ilə – red.) Netanyahu ilə Tramp arasında daha bir görüş mümkündür”, - Kan saytı yazıb.

İsrail mediası iki lider arasında növbəti görüşün təşkilinin nə ilə bağlı ola biləcəyini dəqiqləşdirməyib.

Bazar ertəsi Netanyahu Trampın seçilməsindən sonra üçüncü səfəri üçün ABŞ-a gəlib. Həmin gün onlar Ağ Evdə görüşdülər.

Nigar