Qaynar xətt:

(+99450) 247 90 86

Talibandan qəribə video: Bu üsulla turistləri ölkəyə çağırdılar 

DÜNYA

659

08.07.2025, 18:10

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” qruplaşmasının nümayəndələri öz ölkələri ilə bağlı videoçarx hazırlayıb və turistləri ora dəvət ediblər.

Oxu24.com  xəbər  verir   ki, Video Instagram-da @Afghanarabc hesabında dərc edilib.

İnternetdə yayımlanan görüntülərdə pulemyotlu Taliban başları torbalı üç nəfərin arxasında dayanıb. “Amerikaya bir mesajımız var” deyən əfqanlardan biri “məhbusun” başından çantanı çıxararaq, üzündə sevincli təbəssümlə “Əfqanıstana xoş gəlmisiniz!” deyir.

İnternet istifadəçiləri şərhlərdə “Mən bu böyük ölkəni, Mərakeşdən olan qardaşınızı ziyarət etməyi arzulayıram”, “Ən çox ziyarət etmək istədiyim ölkə, Allah sizə rəhmət eləsin”, “Əfqanıstanın nə qədər gözəl olmasından xəbərsiz insanların çoxu” yazıb.

Əfqanıstana turların ilk təklifləri iyulun əvvəlində Rusiyanın turizm bazarında yaranıb. Bu ölkəyə səyahət orta hesabla 220-250 min rubla başa gələcək.

Miri