Qaynar xətt:

(+99450) 247 90 86

İsrail həbsxanalarında 11 minə yaxın fələstinli var  - AÇIQLAMA 

DÜNYA

607

08.07.2025, 15:00

İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayı 10 min 800 nəfərə çatıb.

Oxu24.com    xəbər   verir   ki,  bu  barədə  Fələstin Azadlıq Təşkilatı (FAT) Əsirlər və Azad Edilənlər Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanat yayıb.

2025-ci ilin iyul ayına qədər İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayının 10 min 800-ə yüksəldiyi və İsrail ordusunun düşərgələrində saxlanılan fələstinlilərin bu rəqəmə daxil olmadığı bildirilib.

Qeyd edilib ki, bu rəqəm 2000-2004-cü illər arasında Əl-Əqsa İntifadası kimi tanınan İkinci İntifadadan sonra qeydə alınan ən yüksək rəqəmdir.

Bildirilib ki, İsrail həbsxanalarında 2-si Qəzzadan olan 50 fələstinli qadın və 450-dən çox uşaq saxlanılır.

Nigar