Qaynar xətt:

(+99450) 247 90 86

Peskov Ukrayanaya verilən silahlardan narahatdır 

DÜNYA

586

08.07.2025, 14:00

Peskov: Ukraynaya silah tədarükü hərbi əməliyyatların davam etdirilməsinə kömək edir.

Oxu24.com   xəbər  verir    ki,  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı ABŞ-ın Ukraynaya silah tədarükünü bərpa etməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Kreml nümayəndəsi xatırladıb ki, Amerika silahlarının tədarükünün başa çatdığı və dayandırıldığı barədə yekun məlumat yoxdur.

Onun sözlərinə görə, Amerika tərəfdən çoxlu ziddiyyətli bəyanatlar olub.

Peskov hesab edir ki, ABŞ Avropa ölkələrinin fəal iştirakı ilə Ukraynaya silah tədarükünü davam etdirir.

"Bu, avropalıların seçdiyi xəttdir. Bu, şübhəsiz ki, hər cür mümkün şəkildə hərbi əməliyyatların davam etdirilməsinə yardım etmək məqsədi daşıyır. Amma ABŞ-dan Ukraynaya hansı növ və hansı miqdarda tədarükün davam etməsinə gəlincə, bunu aydınlaşdırmaq üçün vaxt lazımdır. Hələ bir çox ziddiyyətli faktlar var", - mətbuat katibi bildirib.

İyulun 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı Tramp Rusiya prezidenti Vladimir Putinlə iyulun 3-də baş tutan telefon danışığının nəticələrindən məyus olduğunu bildirib.Onun sözlərinə görə, o, həmkarını Ukraynadakı münaqişəni dayandırmağa inandırmağa ümid edib, lakin heç bir irəliləyişə nail ola bilməyib. Daha sonra Pentaqon Trampın göstərişi ilə Vaşinqtonun Kiyevə silah tədarükünü bərpa etdiyini açıqlayıb. 

Nigar