Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya miqrantlarla bağlı həmin qanunu qəbul edir - Bundan sonra...

DÜNYA

1191

07.07.2025, 15:49

Rusiya hökuməti 2025-ci ilin sentyabrından yeni dövlət rüsumlarının tətbiqini təklif edən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə parlamentin aşağı palatasının saytında deyilir.

Avtomobil sürücüləri və miqrantlar üçün rüsumların tətbiqi təklif edilir.

Beləliklə, nəqliyyat vasitəsi pasportunun (PTS) alınması üçün rüsumun 800 rubldan 1200 rubla ( Red- 25.9044 AZN)qədər artırılması təklif olunur.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsumun üç dəfə artırılması təklif edilir.

Plastik əsasda yeni üslublu sənəd 4500 rubla başa gələcək.

Miqrantlar üçün bir sıra rüsumların tətbiqi planlaşdırılır. Miqrant  qaldığı yerdə qeydiyyat üçün 500 rubl, ölkədə müvəqqəti qalma müddətinin uzadılması üçün isə 1000 rubl ödəməlidir. Miqrant üçün patentin qeydiyyatı ona 4200 rubla başa gələcək.

Daha əvvəl bildirilib ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, yeniliklər hər il büdcəyə əlavə 45 milyard rubl gəlir gətirəcək. Vəsaitlərin miqrasiya siyasətinin və nəqliyyat infrastrukturunun inkişafına yönəldilməsi planlaşdırılır.

Miri