Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə dəhşətli isti XƏBƏRDARLIĞI: İnsanlara küçəyə çıxmaq qadağan edildi 

DÜNYA

406

07.07.2025, 15:20

Yunanıstanda yüksək temperaturun hökm sürdüyü bölgələrdə bu gün saat 12:00-dan 17:00-a qədər açıq ərazilərdə işçilərin işə götürülməsi qadağan edilib.

Oxu24.com   xəbər  verir   ki,   bu  barədə  Yunanıstan Əmək və Sosial Müdafiə Nazirliyi  açıqlama yayıb.

Orta Makedoniya, İon adaları, Qərbi Yunanıstan, Thessaly, Messinia bölgələri ilə Samos və Rodos adalarında fiziki güc tələb edən işlərdə işçilərin bu gün saat 12:00-17:00 arasında açıq sahədə işləməsinə icazə verilməyəcək.

Yükdaşıma, kuryer, tikinti və gəmiqayırma kimi sahələrdə işlər dayandırılıb.

Bundan əlavə, bu gün səhər İqlim Böhranı və Mülki Müdafiə naziri Yannis Kefaloyannisin rəhbərliyi və digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən iclasda bu həftə ölkədə gözlənilən yüksək temperaturlara qarşı görüləcək tədbirlər müzakirə edilib.

Buna görə Səhiyyə Nazirliyi, Polis, Sahil Mühafizəsi, Meşəçilik Müdirliyi və Turizm Nazirliyinə bağlı müxtəlif bölmələrin isti havanın mümkün mənfi təsirlərinə qarşı sinxronizasiyada tədbir görməsinə qərar verildi. Silahlı Qüvvələr də öz növbələrində patrul xidməti həyata keçirəcək və mümkün təhlükələrə qarşı ayıq-sayıq olacaqlar.

Mülki Müdafiə Baş Katibliyi də açıqlama verərək vətəndaşlardan yüksək temperaturdan qorunmağa çağırıb. Elanda vətəndaşlardan sərin və kölgəli yerlərdə qalmaları, fiziki güc tələb edən işlərdən uzaq durmaları, günəş vannası qəbul etməmələri, küçəyə çıxarkən papaq və gün eynəklərindən istifadə etmələri, açıq rəngli, pambıq paltar geyinmələri, ağır yeməklərdən uzaq durmaları, spirtli içkilərdən çəkinmələri, bol su içmələri xahiş olunur.

Yunanıstan Meteorologiya Xidmətinin proqnozlarına görə, bu həftə ölkə ərazisində havanın temperaturu yüksək olacaq. Bəzi rayonlarda havanın temperaturu 40 dərəcəni keçəcək.

Qeyd  edək ki, Avropada  bir neçə gündür ki, anomal  istilər  müşahidə  olunur. 

Nigar