Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı tələbə Almaniyada öldü 

DÜNYA

413

07.07.2025, 15:10

Almaniyada azərbaycanlı tələbə dünyasını dəyişib.

Oxu24.com  xəbər  verir    ki, iyulun 5-də Kənan Camal oğlu Səfərovun meyiti Münhendəki mənzilində tapılıb.

Birinci kurs tələbəsi olan Səfərov 6 ay əvvəl Almaniyaya təhsil almaq üçün gəlib və stomatoloq assistenti işləyib.

O, iyulun 5-də işə gəlməyib və onun ünvanına göndərilən şəxslər qapıdan mənzilə daxil ola bilməyəndə pəncərədən içəri daxil olublar. Səfərovun heç bir zorakılıq əlamətləri olmayan meyiti hadisə yerində aşkar edilib. Nəzərdən keçirilən versiyalardan biri də qida zəhərlənməsidir.

Artıq hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır və meyitin Azərbaycana aparılmasını təşkil edir.

Miri