Qaynar xətt:

(+99450) 247 90 86

Mask naziri  "Sorosun kuklası" adlandırdı

DÜNYA

372

07.07.2025, 14:00

Amerikalı sahibkar İlon Mask ABŞ-ın maliyyə naziri Skott Bessenti milyarder Corc Sorosun kuklası adlandırıb.

Oxu24.com  xəbər verir   ki, bu barədə Tesla rəhbəri X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bessent Sorosun kuklasıdır. Və o, riyaziyyatdan belə bilməyən siyasi elmlər tələbəsidir",deyə o qeyd edib.

Daha əvvəl Mask “Amerika Partiyası” adlı öz partiyasını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim etmişdi.

Maskın Tesla şirkətinin maliyyə direktoru Vaibhav Taneji partiyanın xəzinədarı kimi qeyd olunub.

Maskın sözlərinə görə, onun partiyası 2028-ci il ABŞ prezident seçkilərində istənilən namizədi dəstəkləyə bilər, lakin bu, hazırda prioritet deyil.

Bessent biznesmenin qərarını şərh edərək bildirib ki, o, öz siyasi partiyasını yaratmamalıdır. Onun sözlərinə görə, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) prinsipləri ABŞ sakinləri arasında populyar idi, lakin sahibkarın özü deyil.

Nigar