Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2618
07.07.2025, 13:16
Xəbər verdiyimiz kimi, Teleqram kanalları Moskva-Bakı münasibətlərindəki gərginliyin həlli üçün Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin gözlənildiyini bildirir. Heyətə Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov rəhbərlik edəcəyi iddia olunur. O, rəsmi Bakıya Prezident Vladimir Putinin şəxsi mesajını çatdıra bilər.
Axar.az xəbər verir ki, Bakıya göndəriləcəyi iddia edilən nümayəndə heyətinə rəhbərliyin Kurenkovun edəcəyi təsadüfən yaranmayıb.
Kurenkovu Azərbaycanla rəsmi, eyni zamanda şəxsi əlaqələr də bağlayır. O, ötən ilin yanvarında da Azərbaycana səfər etmiş və ən yüksək səviyyədə görüşlər keçirmişdi.
Qeyd edək ki, Kurenkov 2 iyun 1972-ci ildə Moskva vilayətində anadan olub. 1998-ci ildə Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını, 2004-cü ildə isə Moskva Psixoloji və Sosial İnstitutunu bitirib. 1995-1999-cu illərdə Moskva məktəblərinin birində bədən tərbiyəsi müəllimi işləyib. 1999-cu ildə Rusiya təhlükəsizlik orqanlarına işə qəbul olunub. 1999-2002-ci illərdə Rusiya FTX-də müxtəlif vəzifələrdə, 2002-2021-ci illərdə Rusiyanın Federal Mühafizə Xidmətində çalışıb. 2021-2022-ci illərdə Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin köməkçisi, sonra direktor müavini olub. 25 may 2022-ci ildə Rusiya Prezidentinin Fərmanı ilə o, Rusiya fövqəladə hallar naziri təyin edilib.
23:54 / 17 Noyabr 2026
7
23:36 / 17 Noyabr 2026
25
23:10 / 17 Noyabr 2026
60
23:03 / 17 Noyabr 2026
152
22:45 / 17 Noyabr 2026
75
22:22 / 17 Noyabr 2026
86
22:08 / 17 Noyabr 2026
200
21:51 / 17 Noyabr 2026
96
21:38 / 17 Noyabr 2026
101
21:20 / 17 Noyabr 2026
104
21:11 / 17 Noyabr 2026
109
20:45 / 17 Noyabr 2026
109
20:39 / 17 Noyabr 2026
127
20:23 / 17 Noyabr 2026
115
20:12 / 17 Noyabr 2026
130
19:59 / 17 Noyabr 2026
130
19:51 / 17 Noyabr 2026
131
19:40 / 17 Noyabr 2026
229
19:39 / 17 Noyabr 2026
120
19:28 / 17 Noyabr 2026
957
19:21 / 17 Noyabr 2026
126
19:14 / 17 Noyabr 2026
132
19:09 / 17 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.