Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna hücum etdi: Rusiyanın dəmir yolu xətti iflic oldu 

DÜNYA

365

07.07.2025, 12:46

Rusiyanın  Voronej vilayətinin cənubunda Juravka-Mitrofanovka dəmir yolu hissəsində təmas şəbəkəsinin zədələnməsi səbəbindən 10-dan çox sərnişin qatarı ləngiyib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Cənub-Şərq Dəmir Yolunun  mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Açıqlamadan belə görünür ki, relslərdən birində qatarların hərəkəti dayandırılıb. Bununla əlaqədar olaraq, sərnişin qatarlarının əks rejimdə başqa yoldan keçməsinə icazə verilib.

“15 sərnişin qatarı marşrutda yeddi dəqiqədən 57 dəqiqəyə qədər yubanıb”, – nəşr yazır.

Qeyd edək ki,buna səbəb Ukraynanın əraziyə güclü PUA hücumu ilə bağlıdır.

Miri