Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi 

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi 

DÜNYA

863

07.07.2025, 11:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya müxtəlif bəhanələrlə milli subyektlərə nəzarəti gücləndirməyə qərar verdi- Tatarıstan rəisi hədəfdə  

“Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır. Moskvadakı mənbələr respublika rəhbərindən beynəlxalq fəaliyyətini azaltmağı tələb edən siqnallar göndərir”.  Musavat.com xəbər verir ki, bu barədə kompromat.ru nəşri yazır.   

“Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır” deyə, iddiada bildirilir. 

Bildirilir ki, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı  prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşü Kremldə əlavə suallar yaradıb.  “Səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib” deyə, xəbərdə bildirilir. 

O da iddia olunur ki, Rusiya Federasiyasının subyekti olan Tatarıstanın guya müstəqil siyasəti Moskvada qıcıq doğurur.  Bu səbəbdən Kazan rəbərinin  səlahiyyətlərinin və xarici siyasət təşəbbüslərinin “yumşaq şəkildə məhdudlaşdırılması” müzakirə edilir.

Bu məhdudlaşdırma Tatarıstanın xaricdəki əsas diplomatik və ticarət-iqtisadi nümayəndəliklərində rotasiya, beynəlxalq platformalarda iştirakın azaldılması, habelə respublikanın yüksək vəzifəli məmurunun səfərləri və görüşlərinə federal nəzarətin gücləndirilməsi daxil ola bilər. 

O da iddia olunur ki, Minnixanovun Türkiyə, İƏT ölkələri və ərəb monarxiyaları ilə əlaqə kanallarına xüsusi diqqət yetirilir. Moskva  subyektlərin xarici siyasətinə, xüsusən də həssas sahələrə nəzarəti  gücləndirmək niyyətindədir.

Beləliklə, görünən odur ki, Moskva əlavə hay-küy yaratmadan milli subyektlərə nəzarəti gücləndirmək niyyətindədir. Bu səbəbdən ən güclü və inkişaf etmiş Tatarıstanın və onun nüfuzlu rəhbəri Minnixanovdan başlamaq qərarı verilib.

 Türkiyə prezidenti Ərdoğanla görüşə gəlincə, prezident nazirlərlə görüşündə Tatarıstan rəhbərinin Ankarada olduğunu öyrənib.  Prezidentə məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib. Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, – deyə Ərdoğan bildirib.

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

109

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

127

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

115

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

130

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

130

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

131

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

229

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

120

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

957

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

126

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

132

0
Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

19:09 / 17 Noyabr 2026

HƏRBİ HƏRBİ

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

133

0