Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ və İran Norveçdə nüvə danışıqları apara bilər

DÜNYA

114

03.07.2025, 21:13

Axios öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Steve Witkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün gələn həftə Osloda görüşə bilərlər.

Oxu24.com   xəbər  verir   ki,nəşr iki məlumatlı həmsöhbətinə istinadən yazır: “Prezidentin xüsusi elçisi Stiv Vitkoff nüvə danışıqlarını bərpa etmək üçün Osloda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirməyi planlaşdırır”.

Qeyd olunur ki, görüşün tarixi hələ müəyyən edilməyib və tərəflərdən heç biri danışıqlarda iştirak etmək niyyətini açıq şəkildə təsdiqləməyib.

Portal həmçinin bildirir ki, Vitkoff və Araqçi İsrail və İran arasında son silahlı münaqişə zamanı, eləcə də onun bitməsindən sonra birbaşa əlaqə saxlayıblar.

Bu gün Əraqçi vurğulayıb ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan daxili qanunvericilik aktının qəbul edilməsinə baxmayaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və agentlik ilə təminat müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirməkdə davam edir.

Bundan əvvəl Tramp bildirib ki, İranın nüvə proqramını bərpa etməsi üçün illər lazım olacaq.

Nigar