Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
254
03.07.2025, 15:00
Ermənistan parlamenti həbsdə olan biznesmen Samvel Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələri şirkətinin milliləşdirilməsinə icazə verən qanunları yekun oxunuşda qəbul edib.
Yeni qanunvericiliyə əsasən, ciddi qanun pozuntuları aşkar edilərsə və araşdırma aparılarsa, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası şirkətin rəhbərliyini dəyişə biləcək. Belə olan halda sahiblər müvəqqəti olaraq idarəçilikdən uzaqlaşdırıla bilər və onların yerinə enerji sektorunda və ya idarəçilikdə ən azı 5 il iş təcrübəsi olan rəhbər təyin ediləcək.
İyunun 17-də Ermənistanın Elektrik Şəbəkələrinin sahibi, Taşir Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyətin kilsə əleyhinə kampaniyasını tənqid edib. Bundan sonra onun İrəvandakı evində axtarış aparılıb və o, saxlanılıb. Yerevan məhkəməsi hakimiyyətin ələ keçirilməsi çağırışları üzrə Karapetyanın iki ay müddətinə həbs edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana dəstək məqsədilə tabeliyində olan şəxsləri və ya həmkarlarını mitinqlərdə iştirak etməyə məcbur edən “Ermənistan Elektrik Şəbəkələri”nin əməkdaşlarını sərt tədbirlərlə hədələyib. Karapetyan şirkəti 2016-cı ildə əvvəlki hökumətin tələbi ilə alıb. İyunun 18-də o, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib.
Nigar
00:38 / 18 Noyabr 2026
53
23:54 / 17 Noyabr 2026
92
23:36 / 17 Noyabr 2026
101
23:10 / 17 Noyabr 2026
99
23:03 / 17 Noyabr 2026
199
22:45 / 17 Noyabr 2026
107
22:22 / 17 Noyabr 2026
103
22:08 / 17 Noyabr 2026
245
21:51 / 17 Noyabr 2026
114
21:38 / 17 Noyabr 2026
117
21:20 / 17 Noyabr 2026
115
21:11 / 17 Noyabr 2026
118
20:45 / 17 Noyabr 2026
121
20:39 / 17 Noyabr 2026
143
20:23 / 17 Noyabr 2026
124
20:12 / 17 Noyabr 2026
144
19:59 / 17 Noyabr 2026
138
19:51 / 17 Noyabr 2026
142
19:40 / 17 Noyabr 2026
245
19:39 / 17 Noyabr 2026
134
19:28 / 17 Noyabr 2026
1040
19:21 / 17 Noyabr 2026
135
19:14 / 17 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.