Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
293
03.07.2025, 12:47
Amerikanın İranın enerji sektoruna qarşı sanksiyaları rekord həddə çatan neft hasilatına ciddi təsir göstərmir.
Oxu24.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun qiymətləndirməsinə görə, İslam Respublikasının neft sənayesinə qarşı sanksiya təzyiqinin uğursuzluğunun səbəbləri İranın neft məhsullarının ixrac çeşidinin şaxələndirilməsi üzrə tədbirləri, Çinlə sıx əməkdaşlıq və ABŞ-ın sanksiyaların tətbiqində ardıcıl olmaması ilə bağlıdır.
Agentlik Britaniya Enerji İnstitutunun hesablamalarına istinadən bildirir ki, İran 2024-cü ildə gündə orta hesabla təxminən 5 milyon barel neft hasil edib (bpd) bu, ölkənin hələ Amerika sanksiyalarına məruz qalmadığı 1978-ci ildən bəri ən yüksək göstəricidir. 2024-cü ildə İrandan neft və neft məhsulları ixracının dəyəri 2012-ci il səviyyəsinə yaxınlaşaraq 78 milyard dollar təşkil edib.
Bloomberg-in məlumatına görə, İsrailin İran ərazisinə endirdiyi zərbələr İslam Respublikasının neft sənayesinə ciddi ziyan vurmayıb. Agentliyin proqnozuna görə, Tehran 2025-ci ildə hasilatı və ixrac həcmini artırmağa davam edəcək.
Vortexa analitik şirkətinin məlumatına görə, bu il iyunun 1-dən 20-dək İran neftinin ixracının həcmi rekord həddə çatıb və sutkada 1,8 milyon bareldən çox olub. Neftin əsas hissəsinin Çinə göndərildiyi dəqiqləşdirilir.
Nigar
00:38 / 18 Noyabr 2026
63
23:54 / 17 Noyabr 2026
97
23:36 / 17 Noyabr 2026
105
23:10 / 17 Noyabr 2026
104
23:03 / 17 Noyabr 2026
206
22:45 / 17 Noyabr 2026
110
22:22 / 17 Noyabr 2026
106
22:08 / 17 Noyabr 2026
251
21:51 / 17 Noyabr 2026
116
21:38 / 17 Noyabr 2026
121
21:20 / 17 Noyabr 2026
118
21:11 / 17 Noyabr 2026
121
20:45 / 17 Noyabr 2026
124
20:39 / 17 Noyabr 2026
145
20:23 / 17 Noyabr 2026
127
20:12 / 17 Noyabr 2026
146
19:59 / 17 Noyabr 2026
141
19:51 / 17 Noyabr 2026
144
19:40 / 17 Noyabr 2026
249
19:39 / 17 Noyabr 2026
137
19:28 / 17 Noyabr 2026
1050
19:21 / 17 Noyabr 2026
137
19:14 / 17 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.