Qaynar xətt:

(+99450) 247 90 86

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər 

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər 

DÜNYA

900

03.07.2025, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tərəfin media orqanlarında kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı müxtəlif xəbərdarlıqlar yer alır. Moskva ticarət əlaqələrini siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu isə ikitərəfli iqtisadi əlaqələrin nə qədər həssas və asılılıq üzərində qurulduğunu ortaya qoyur.

Azərbaycanda aqrar məhsul ixracında Rusiya bazarından asılılığın azaldılması üçün hansı konkret addımlar atılmalıdır?

Oxu24.com  xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, ticarət və iqtisadi əlaqələrdə Azərbaycan da Rusiyadan asılıdır:

“İki ölkə arasında ticarət əlaqələrində Azərbaycanın mənfi saldo ilə üzləşdiyi müşahidə olunur. Yəni Kreml Bakıya daha çox mal və məhsul ixrac edir. Bu proses hər il artır. Rusiyada ixracımızın məhdudlaşdırılması ilə bağlı səsləndirilən fikirlər, əlbəttə, arzuolunan hal deyil. Onlar 2023-cü ildə ölkəmizə ən çox məhsul ixrac edən ölkə olub. Yalnız keçən il Çin kiçik bir fərqlə Moskvanı əvəz edib.

Həmçinin Azərbaycanın qeyri-neft sektoru üzrə məhsul ixracında da Rusiya birinci yerdədir. Bütün kənd təsərrüfatı və digər qeyri neft–qaz sektoru məhsullarımızın əksəriyyəti ilk növbədə bu ölkənin bazarlarına çıxarılır. Səbəb isə həmin malların digər bazarlara çıxarılması imkanlarının məhdud olmasıdır”.

İqtisadçı bildirib ki, vaxtikən bu yöndə ixracımızın yalnız Rusiya bazarına yönəldilməməsi istiqamətində çağırışlar edildi:

“Təəssüf ki, lazımi addımlar atılmadı. Lakin hələ də gec deyil. Hazırda Moskva iqtisadi sanksiyalar altındadır. Buna görə də məhsullarımızdan asanlıqla imtina etməsi gözlənilmir. Siyasi münasibətlərin pisləşdiyi bir dövrdə iqtisadi təhlükəsizliyimizi qorumaq üçün digər alternativ bazarlar barədə mütləq qərar verilməlidir. Qısa zamanda sahibkarlarımızın başqa bazarlara çıxışı təmin edilməlidir”.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

123

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

125

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

149

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

128

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

149

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

143

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

146

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

251

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

139

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1060

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

138

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

143

0