Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
244
01.07.2025, 14:37
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının kəskin şəkildə kəsilməsi 2030-cu ilə qədər dünya üzrə 14 milyondan çox insanın, o cümlədən 4,5 milyon uşağın ölümünə səbəb ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə “The Lancet” jurnalında dərc olunan araşdırmada deyilir.
Bir qrup beynəlxalq tədqiqatçı 2001-ci ildən 2021-ci ilə qədər müxtəlif səbəblərdən hər yaşda olan insanlar arasında USAİD yardım proqramlarının ölüm səviyyəsinə təsirini qiymətləndirmək üçün aşağı və orta gəlirli ölkələr də daxil olmaqla 133 ölkə və ərazidən məlumatları təhlil edib.
Nəticə etibarı ilə nəşrin müəllifləri belə qənaətə gəliblər ki, USAID-in proqramları 20 ildən artıqdır ki, dünyada 91 milyondan çox ölümün, o cümlədən beş yaşınadək uşaqlar arasında 30 milyon ölümün qarşısını almağa kömək edib. Digər məsələlərlə yanaşı, bu cür proqramlar malyariya, diqqətdən kənarda qalan tropik xəstəliklər (NTD), HİV infeksiyasının ağırlaşmaları və digər xəstəliklərdən ölüm hallarını azaltmağa kömək etmişdir.
“Biz hesab edirik ki, 2025-ci ilin birinci yarısında elan edilən və həyata keçirilən dərin maliyyələşdirmə azaldılması geri qaytarılmasa, 2030-cu ilə qədər heyrətamiz sayda qarşısı alına bilən ölüm halları baş verə bilər”, – araşdırmada deyilir. Buraya 2030-cu ilə qədər bütün yaşlarda olan 14 milyondan çox ölüm, o cümlədən 4,5 milyon beş yaşdan kiçik uşaqların ölümü daxildir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradılıb. 2025-ci ildə onun xarici yardım üçün büdcəsi 42,8 milyard dollar olmalı idi. Agentlik, digər məsələlərlə yanaşı, bütün dünyada humanitar proqramları maliyyələşdirirdi.
Yanvar ayında ABŞ prezidenti Donald Tramp dövlət xərclərini azaltmaq siyasəti çərçivəsində USAID-in xarici yardımını 90 gün müddətinə dondurdu. USAID ABŞ Dövlət Departamentinə təhvil verilib.
ABŞ dövlət katibi Marko Rubio mart ayında Vaşinqtonun USAID proqramlarının 83%-ni ləğv etdiyini bildirib.
Nigar
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.