Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə zəlzələ oldu

DÜNYA

193

01.07.2025, 08:08

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda axşam saatlarında baş verən zəlzələ yerli əhalini təşvişə salıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Kandilli rəsədxanası məlumat paylaşıb.

Episentri Gelişimen kəndi olan 4.4 bal gücündə zəlzələnin təxminən 5 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Zəlzələ ətraf yaşayış məntəqələrində də hiss olunub. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb.