Qaynar xətt:

(+99450) 247 90 86

Tokayev: Bəzi siyasətçilər çıxışlarını yazmaq üçün ChatGPT-dən istifadə edir 

DÜNYA

118

26.06.2025, 23:03

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəzi siyasi liderlərin ictimai çıxışlarını hazırlamaq üçün ChatGPT-yə müraciət etdiyini bildirib.

"Bəzi siyasi liderlər lazımi çıxışlar hazırlamaq üçün ChatGPT-yə müraciət edirlər", - deyə Tokayev qeyd edib.

Prezident konkret hansı liderlərin bunu etdiyini açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl Çelyabinsk Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Taskayev süni intellektin artıq təhsil proqramlarına sıx şəkildə daxil olduğunu bildirmişdi.