Qaynar xətt:

(+99450) 247 90 86

İranın İsrailə vurduğu ziyan  açıqlandı     —   ŞOK RƏQƏM 

DÜNYA

1454

26.06.2025, 16:39

İranın İsrailə raket zərbələri nəticəsində dəyən zərər, yerli hakimiyyət orqanlarının hesablamalarına görə, təxminən 10 milyard şekel (təxminən 3 milyard dollar) təşkil edib.

Oxu24.com     xəbər  verir    ki, bu barədə  Yəhudi dövlətinin Maliyyə Nazirliyi və Vergilər İdarəsinin bu hesablamalarına   istinadən  Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, bu məbləğə raket zərbələri nəticəsində zədələnmiş binaların bərpası və ya dağıntıların uçması ilə bağlı xərclər və yerli müəssisələrə kompensasiya ödənişləri daxildir.

"Bu, indiyə qədər üzləşdiyimiz ən böyük sınaqdır. İsrail tarixində heç vaxt belə miqyasda dağıntı olmayıb", - deyə İsrail Vergi İdarəsinin rəhbəri Şai Aharonoviç bildirib.

Bloomberg-in qeyd etdiyi kimi, bu məbləğə 12 günlük kampaniya zamanı tükənmiş silah ehtiyatlarının, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün sursatların doldurulması xərcləri daxil deyil. Agentlik yazır ki, onları nəzərə alsaq, ümumi məbləğ daha çox olacaq.

Bu, hələ ki, eskalasiya zamanı dəymiş ziyanın yekun qiymətləndirilməsi deyil. İsrailin maliyyə naziri Bezalel Smotrich əvvəllər yekun məbləğin 12 milyard dollara çata biləcəyini bildirmişdi, İsrail Bankının rəhbəri Amir Yaron isə Bloomberg TV-yə müsahibəsində bunun təxminən yarısını açıqlamışdı.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən doqquz gün sonra daxil oldu: iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum etdi. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Miri