Qaynar xətt:

(+99450) 247 90 86

"Rusiya ilə savaşsaq, 1 həftəyə darmadağın olacağıq" 

DÜNYA

156

26.06.2025, 16:15

Rusiya ilə Litva arasında müharibə olacağı təqdirdə Baltikyanı ölkənin ordusu bir həftəyə məhv ediləcək.

Oxu24.com axar.az-a istinadən bildirir ki,  bu barədə Polşanın "Rzeczpospolita" nəşrinə litvalı politoloq Sarunas Likis deyib.

Onun sözlərinə görə, Litva ordusunda 12 minə yaxın hərbçi var, perspektivdə isə 15-20 minə yaxın hərbçinin olacağı gözlənilir. Likis hesab edir ki, Rusiya ilə mümkün münaqişədə bu kifayət deyil.

Politoloq əlavə edib ki, NATO-nun digər ölkələrinin vətəndaşları kimi litvalılar da müdafiə xərclərini ölkənin ÜDM-nin 5%-i qədər artırmaq tələbi ilə əlaqədar olaraq "kəmər sıxmağa" ehtiyac duyurlar.