Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!  Əli Xamenei  xalqa müraciət etdi 

DÜNYA

1197

26.06.2025, 14:26

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Oxu24.com  xəbər verir ki, bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

14.05

İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

Bu barədə Xameneinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.