Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan təhlükəli açıqlama: Qiyamət saatı tıqqıldayır

DÜNYA

901

26.06.2025, 11:13

Rusiya xarici işlər naziri Sergey Lavrov İran ətrafında hərbi gərginliyin artmasının regional və qlobal təhlükəsizliyə xələl gətirə biləcəyini ifadə edərək, "Bu qanlı və dağıdıcı hadisə region xalqlarının normal inkişafına kömək etmir" deyib.

Oxu24.com  xəbər  verir   ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov Türkmənistana səfər edib, prezident Serdar Berdiməhəmmədov tərəfindən qəbul edilib və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Lavrov və Meredov Rusiya və Türkmənistan Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

Görüşdən sonra nazirlər Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları və nazirliyin nəzdində fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə görüşüblər.

Lavrov buradakı çıxışında 3-cü Dünya Müharibəsi ehtimalını dəyərləndirərək, "Bu mövzu indi çox danışılır. Bu, xüsusilə Avropada yaşanan qisas, təcavüz və döyüşçülük hissləri səbəbindən üzücüdür. Sanki Avropa İttifaqı (AB) üzvlərinin liderləri üçün iki dünya müharibəsi kifayət etmədi", deyə qeyd edib.

Qlobal təhlükəsizliyin təhlükədə olduğunu deyən   Lavrov, "Qiyamət saatı oxdan  çıxır və gecə yarısına yaxınlaşır. Bunun qarşısını almaq vacibdir. Bu fəlakətin baş verməməsi üçün fəal şəkildə çalışırıq", deyə Lavrov  bildirib.

“ÇOX NARAHATLIQ”

Yaxın Şərqdəki vəziyyətə toxunan Lavrov, "İran ətrafında hərbi gərginliyin artması son dərəcə narahatlıq doğurur. Bu, regional və qlobal təhlükəsizliyin pozulmasına səbəb ola bilər" deyib.

İsrailin hücumlarından sonra ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlar təşkil etdiyinə diqqət çəkən Lavrov, bu hərəkətlərin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarına zidd olduğunu və bunu pislədiklərini bildirib.

Lavrov təcavüzü dayandırmağa və İran ətrafındakı vəziyyəti siyasi və diplomatik kanala qaytarmaq üçün bütün lazımi addımları atmağa çağırırıb.

 Rusiyanın daha əvvəl də məsələnin həlli ilə bağlı ABŞ, İsrail və İrana təkliflər verdiyini xatırladan Lavrov bunlarla bağlı məsləhətləşmələrə və məsələdə iştirak edən tərəflərlə təmasları davam etdirməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın İsrail-İran atəşkəsi elan etdiyinə diqqət çəkən Lavrov bunun müsbət siqnal olduğunu vurğulayaraq, "ABŞ, İsrail və İran dünən ümidverici, lakin sonradan ziddiyyətli bəyanatlar verdilər.

Nigar